İraqın şimalında PKK-nın 3 terrorçusu zərərsizləşdirilib

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) məlumatında deyilir...
İraqın şimalında PKK-nın 3 terrorçusu zərərsizləşdirilib

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) məlumatında deyilir: “İraqın şimalında “Pençe-Kilit” əməliyyatı bölgəsində bir mağarada tutulan 3 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Ordusu İraqın şimalında uğurla davam edən “Pençe-Kilit” əməliyyatı ilə terror təşkilatı PKK-ya böyük zərbə vurub. Bu əməliyyat çərçivəsində 17 aprel 2022-ci ildən bu yana İraqın şimalında 1043 silah ələ keçirilib”.

Digər tərəfdən, Türkiyənin Ədirnə rayonundan Yunanıstana qaçmaq istəyərkən oktyabrın 21-də 1-ci dərəcəli hərbi qadağa zonasında yaxalanan PKK şübhəlisi jandarmaya aparılıb. Şübhəli Sülh Cəza Məhkəməsi tərəfindən həbs edilib, prokurorluqda ifadə verdikdən sonra oradan başqa yerə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə