Rusiya prezidenti Vladimir Putin sentyabrın 30-da keçirilməsi planlaşdırılan mühüm protokol tədbirindən sonra Federal Məclisə mesaj verə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” mənbəyə istinadən yazır.
Qeyd olunur ki, Rusiya prezidenti ildə bir dəfə parlament qarşısında Rusiya Federasiyasındakı işlərin vəziyyəti, daxili və xarici siyasətin əsas istiqamətləri ilə bağlı müraciətlə çıxış edir.
Mənbə vurğulayıb ki, tədbirə hazırlıq çox diqqətlə aparılır. Bu, dövlət başçısının iştirak edəcəyini ehtimal etməyə imkan verir.
Mənbənin sözlərinə görə, bu gün prezident Federal Məclisə illik müraciəti ilə çıxış edə bilər.
O, hadisənin yeri və vaxtını açıqlamaq istəməyib.
Xatırladaq ki, sonuncu mesaj 2021-ci ilin aprelində keçirilib. Həmən vaxt Prezident təhsil, ekologiya və beynəlxalq təhlükəsizlik problemlərindən danışmışdı.
...Maraqlıdır, görən indi nədən danışacaq?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB