Ən gözəl təklif bu dəfə də Ramzan Kadırovdan gəldi...

Ən gözəl təklif bu dəfə də Ramzan Kadırovdan gəldi...

Halal olsun!.. Hər şeyin çarəsini...ruslar demiş “momentalnı” tapır.

Beləliklə, Çeçenistan rəhbəri Ramzan Kadırov bu dəfə xüsusi hərbi əməliyyatda iştirak etmək üçün ölkədə ümumi sayı 5 milyona çatan hüquq-mühafizə orqanları əməkdaşlarını göndərməyi təklif edib. Doğrudan da, niyə də olmasın? Müftə

yeyib şişmək onlar üçün yazılıb bəyəm?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kadırov bu barədə Telegram-da yazıb.

“...Ehtiyatda olanları tənlikdən çıxarsaq belə, hələ də bu və ya digər şəkildə yaxşı fiziki hazırlığa və silah bacarıqlarına malik olan nəhəng işçi heyəti formalaşdırmaq olar: Fövqəladə Hallar Nazirliyi, FSPP, FSB , FSO, SVR, UFSIUFSIN, FTS, Prokurorluq, SK”...

Doğrudan da gör, nə qədərdir. Hərəsi 100-150 əməkdaş versə,..bizdəki o Kamilovun tərəzisi kimi, gör hara vurur..

...Kadırov bunrada “başı çıxmayanları” başa salaraq deyir ki, heyətin yarısını vəzifədə qoysanız, 2,5 milyon insanın digər yarısı “istənilən Qərb ordusunu darmadağın edəcək”.

Bu idarələrin rəhbərləri indi yenilikləri nəzərə alaraq iş prosesini optimallaşdırmağa başlaya bilərdilər.

...Doğru sözə nə deyəsən?

Xatırladaq ki, bir müddət əvvəl Kadırov səfərbərliyə görə ölkəni qoyub qaçan ruslara yazığı gəldiyini bildirmişdi.

...Gərək ki, demişdim, “xain” Əhməd Zakayevin çağırışından sonra filan qədər çeçenin ölkədən qaçaraq Ramzanı kimlərinsə yanında pis vəziyyətə qoymalarına baxmayaraq, amma Kadırov Çeçenistanda hərbi xidmətə çağırış planını 254 faizdən də bir qədər artıq yerinə yetirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə