Cəbəllütariq hakimiyyəti Rusiyadan olan oliqarxdan müsadirə edilən “Axioma” yaxtasını hərraca çıxarmağı planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Guardian” qəzeti yazır.
Nəşrin məlumatına görə, yaxtanın biznesmen Dmitri Pumpyanskiyə məxsus olduğu ehtimal edilir. Hərracın avqustun 23-də keçirilməsi nəzərdə tutulub və əldə olunan vəsaitin ukraynalı qaçqınlara kömək məqsədilə köçürülməsi planlaşdırılır.
Cəbəllütariq hakimiyyəti mart ayında Pumpyanskiyə qarşı sanksiyalar tətbiq etdikdən sonra gəmini saxlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB