Yəmənin paytaxtı Sana və Rime şəhərlərində baş verən daşqınlarda 14 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Yəmənin paytaxtı Səna və Rime şəhərlərində güclü yağışlardan sonra daşqınlar baş verib. Səlahiyyətli şəxslər seldə 14 nəfərin həyatını itirdiyini, ən azı 80 binanın isə zərər gördüyünü açıqlayıb.
Paytaxtda 10 binanın uçduğu bildirilsə də, dağılan binalarda insan tələfatı və xəsarət alan olmayıb.
Ötən həftələrdə daşqın baş verən ölkədə 9 nəfərin həyatını itirdiyi, həyatını itirənlərdən 3-nün uşaq olduğu bildirilib. Yəmənin paytaxtı Sənanın Köhnə Şəhərindəki tarixi evlər 1986-cı ildə YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB