Çin... hərbi ssenariyə də hazırdır

Çin hakimiyyəti Tayvanla dinc yolla birləşməyə ümid edir, lakin... lazım gələrsə, hərbi ssenariyə hazırdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Çin Xalq Respublikasının Dövlət Şurasının Tayvan məsələləri üzrə idarəsi məlumat yayıb.

“...Biz kənar qüvvələrin və “Tayvanın müstəqilliyini” dəstəkləyən azsaylı separatçıların müdaxiləsinə qarşı tədbir görmək hüququmuzu özümüzdə saxlayırıq”.

Qeyd edək ki, bu Tayvan məsələləri üzrə idarənin bəyanatında deyilir.

...Ada üzərində nəzarətin güc yolu ilə qurulması Tayvanın müstəqilliyi tərəfdarlarının təxribatları və qırmızı xətləri pozması halında da mümkündür.

Xatırladaq ki, Tayvan ətrafında vəziyyət avqustun 2-də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin başçılıq etdiyi nümayəndə heyətinin adaya gəlməsi ilə gərginləşib.

...Və Çin hakimiyyəti bunu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə