O, gün xaricdən Ermənistana gəlib, sonradan Xankəndinə getmək istəyərkən geri göndərilən “müstəqil Ermənistan”ın birinci xarici işlər naziri, “İrs” Partiyasının lideri Raffi Hovhannisyan Respublika meydanında jurnalistlərlə söhbətində İrəvanda sürücüsünün azərbaycanlı olduğu taksiyə mindiyini bildirib.
Onun sözlərinə görə, sürücünün özü azəebaycanlı olsa da, adı erməni adı olub.
“O dedi ki, Ermənistanda çoxlu azərbaycanlı yaşayır. O zaman siyasətçi Qarabağın kimə məxsus olması haqda danışmağa necə başladı? O, Naxçıvanda olduğu kimi Qarabağda da ermənilərin yaşadığını bildirib. Biz Norka qalxdıq və sürücü ermənilərin özlərini faşist kimi apardığını əsas gətirərək paralellər aparmağa başladı.
... Maşından düşəndə sonuncu mənə “salam” atdı. Və mən başa düşdüm ki, o, Ermənistanda yaşayan azərbaycanlıdır”, – Hovhannisyan bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB