"Dünyanın super gücə ehtiyacı var" MACARISTAN

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna münaqişəsinə son qoymaq üçün dünyanın “güclü liderə malik güclü Amerikaya ehtiyacı var”.
Macarıstanın baş naziri Viktor Orban dünən ABŞ-ın Texas ştatının Dallas şəhərində keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında bəyanatlar verib. SİA xəbər verir ki, baş nazir Qərb ölkələrinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini tənqid edib.
Orban çıxışında qeyd edib ki, Ukrayna bizim qonşumuzdur: " Biz onlarla tam həmrəyik" . Baş nazir qeyd edib ki, dünyanın qlobal süper gücə ehtiyacı var.
Rusiyanın hərbi əməliyyatından sonra bir milyona yaxın qaçqının Macarıstana gəldiyini xatırladan Orban, "Bu, Macarıstan əhalisinin demək olar ki, onda birini təşkil edir" deyə bildirib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə