Moldova üçün təhlükə..?

Rusiyalı senator Aleksey Puşkov prezident Maia Sandunun Moldovanı Rumıniyanın əyalətinə çevirmək niyyətini ölkə üçün real təhlükə adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, Telegram kanalında yazıb.

“Bu, real təhlükədir: Pridnestrovie, vətəndaşlarının əhval-ruhiyyəsinə və rəhbərliyinin bəyanatlarına görə, bu yolla getmək niyyətində deyil”. Bunu Federasiya Şurasının üzvü deyib.

İyun ayında Moldovanın baş nazirinin müavini və xarici işlər naziri Nikolay Popesku ölkənin qonşu Rumıniya ilə mümkün birləşməsi ilə bağlı şayiələrə cavab verib. Xarici İşlər Nazirliyinin rəhbəri Moldovanın Rumıniya ilə “xüsusi əlaqələri” olduğuna işarə edərək, bu cür şayiələri spekulyasiya adlandırıb.

“Bizim tarixi bağlarımız var, ortaq dilimiz var. Bunlar bizim Rumıniya ilə münasibətlərimizin parametrləridir və burada başqa heç bir spekulyasiya uyğun deyil”, - deyə Popesku vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə