Hindistanın “The Sentinel” nəşrinin məlumatına görə, bu ilin iyununda Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri Hindistana səfər edib və orada Ermənistana müxtəlif növ silahların verilməsi imkanlarını müzakirə ediblər.
SİA bu barədə rus saytlarına istinad edir.
Qeyd olunur ki, Ermənistan nümayəndə heyətinin üzvləri danışıqlara özləri ilə almaq niyyətində olduqları silahların siyahısını da gətiriblər. Maraqlıdır ki, nəşr bu siyahıda hansı növ silah və hərbi texnikanın olduğunu izah etmir. Amma, bununla belə, pilotsuz uçuş aparatlarının Ermənistan nümayəndələrinin marağına səbəb olduğu vurğulanır.
Nəşrin etirafına görə, bu, Ermənistanın Hindistanın hərbi texnikasına ilk dəfə maraq göstərməməsidir. Yəni iki ölkə arasında bazarlıq əvvəllər də olub. Belə ki, 2020-ci ildə İrəvan Dehli ilə ümumilikdə 40 milyon dollar dəyərində dörd “Swathi” əks batareya radarının tədarükü üçün müqavilə imzalayıblar. O vaxtdan bəri Ermənistanın müdafiə ehtiyacları “eksponensial şəkildə artır”.
Yenə də maraqlıdır, görən Rusiya buna nə deyir?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB