Rusiya Ukrayna ilə müharibə zamanı nəzarət etdiyi bölgələrdə Rusiya vətəndaşı olmaq istəyənlərə pasport verməyə davam edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin bütün ukraynalılara Rusiya vətəndaşlığının verilməsini asanlaşdıran fərmanı imzalaması ilə Ukraynanın ələ keçirilən bölgələrində Rusiya vətəndaşlığı üçün müraciət edənlərə pasportlar verilir.
İyunun 11-dən artıq Ukraynanın Melitopol və Xerson şəhərlərində də Rusiya pasportlarının paylanılması başlanıb.
Rusiya mətbuatının yazdığına görə, Zaporojye rayonunda 70 mindən çox ukraynalı Rusiya vətəndaşlığı üçün müraciət edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 2019-cu ildə imzaladığı qərarla Ukraynanın Donetsk və Luqansk vilayətlərində yaşayanların Rusiya vətəndaşlığı almasına şərait yaradıb. Buna mayın 25-dən Ukraynanın Xerson və Zaporojye rayonlarında yaşayanlar da əlavə edilib. İyulun 11-də isə V.Putin Ukraynanın bütün bölgələrindəki vətəndaşların Ukrayna vətəndaşlığına qəbulunu asanlaşdırmaq üçün fərman imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB