Avropa çempionatında koronavirusa ilk yoluxma halı aşkarlanıb

Avropa çempionatında koronavirusa ilk yoluxma halı aşkarlanıb

İngiltərədə qadın futbolçular arasında keçirilən Avropa çempionatında koronavirusa ilk yoluxma halı aşkarlanıb. SİA xəbər verir ki, yerli ölkə millisinin müdafiəçisi Lotte Vubben-Moydan götürülmüş analizin nəticəsi müsbət çıxıb.

23 yaşlı oyunçu komandanın düşərgəsini tərk edib. Karantinə alınan futbolçu iyulun 11-də Norveçə qarşı keçiriləcək qrup oyununu buraxacaq.

Turnirin startından öncə yığmanın 2 üzvü - Aleks Qrinvud və Ellen Uayt koronavirusa yoluxub.

Qeyd edək ki, İngiltərə millisi ilk turda Avstriyanı 1:0 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə