Gecə klubuna silahlı basqın edilib, beş nəfər öldürülüb

Meksikanın mərkəzindəki Sakatekas ştatının Fresnilio şəhərindəki gecə klublarından birinə silahlı basqın edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, silahlı basqın nəticəsində beş nəfər öldürülüb, güllə yarası alan iki nəfər isə xəstəxanaya aparılıb.

İsti izlərlə hücum edənləri saxlamaq mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB