Çexiyanın şərqində idman planeri qəzaya uğrayıb, insident Praqadan 120 km aralıda Havlickov Brod şəhərinin hava limanında baş verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə jurnalistlərə polisin sözçüsü Dana Çirtkova məlumat verib.
Onun sözlərinə görə, planerin pilotu qəza nəticəsində ölüb.
Qeyd edək ki, faciə ilə bağlı məlumat hüquq-mühafizə orqanlarına saat 12:15-də (Moskva vaxtı ilə 13:15) daxil olub”, - TASS xəbər verir ki, bu barədə “ČTK” xəbər agentliyi məlumat yayıb.
Planer təyyarə havaya qaldırılarkən qəzaya uğrayıb. Təyyarənin qəzaya uğramasının səbəbləri polis tərəfindən araşdırılır və onlara Dövlət Aviasiya Müfəttişliyinin ekspertləri də qoşulacaq.
Xatırladaq ki, ötən ilin sentyabr ayında da Çexiyanın şimalındakı Teplice şəhəri yaxınlığında ultra yüngül idman təyyarəsi qəzaya uğramış və pilot həlak olmuşdu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB