Mövlud Çavuşoğlu pakistanlı həmkarı ilə görüşüb

Mövlud Çavuşoğlu pakistanlı həmkarı ilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu pakistanlı həmkarı Bilaval Bhutto Zərdari ilə görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, görüş mayın 31-də Xarici İşlər Nazirliyinin paytaxt Ankaradakı Rəsmi İqamətgahında keçirilib.

Çavuşoğlu görüşlə bağlı "Twitter" hesabında paylaşım edib:

"Ankarada Pakistanın xarici işlər naziri qardaşım Bhutto Zərdarı qonaq etdik. Baş nazir Şahbaz Şərifin iyunun 1-də reallaşacaq səfərinə hazırlıq işlərini nəzərdən keçirdik".

Çavuşoğlu paylaşımında ​​Türkiyənin diplomatik əlaqələrin 75-ci ildönümünün qeyd olunduğu dost və qardaş Pakistanla əməkdaşlığı inkişaf etdirəcəyini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə