... Ramzan Kadırov indi də Polşa ilə haqq-hesab çəkməyə çağırır. Özü də bu məsələ ilə bağlı çox qısa danışaraq deyib ki, guya Ukrayna mövzusu artıq onun üçün bağlanıb və indi ona maraqlı Polşa ilə bağlı məsələdir.
Sizi bilmirəm, amma mən belə başa düşürəm ki,..deməli “polyakların kitabı artıq bağlanıb”. Yazıq polyaklar, Avropada qaçqın əlindən ayaq basılası yer olmadığı bir vaxtda, görən bu bədbəxt uşaqları” indi hara qaçacaqlar?
Yeri gəlmişkən, Siz bir Ramzanın polyaklarla bağlı dediklərinə diqqət yetirin.
Deməli, Ramzan polyaklara xitabən deyir...yox sual edir ki,.. məgər bizim Ukraynaya göstərdiklərimiz sizə dərs olmadımı? Sizi bilmirəm, amma mənə elə gəlir ki, “çox haqlı və yerində verilmiş sualdır...
Ramzan bundan sonra polyaklara daha sual vermir, sadəcə soruşur; nəyə nail olmağa çalışırsınız, ay Polşa? Sonra da deyir ki, Ukraynadan sonra komandanımız (...burada təvazökarlıq edib Putinin adını çəkmir...təbii ki, düşər, düşməzi olar-A.B.) əmr versə, 6 saniyəyə, sənə, yəni bütün Polşaya nəyə qadir olduğumuzu göstərəcəyik.
...Burada haşiyə çıxaraq bildirim ki, Siz Ramzanı o qədər də, “qəddar”ın biri bilməyin. Çünki o burada bir az ara verib, polyaklara öz tövsiyələrindən verməyə də “xəsislık” etmir. Evdə olanın gec və ya bir az tez yenidən evə qayıtdığını bildirir.
Məhz bu mənada o polyaklardan, mayın 9-da Rusiya səfiri ilə baş vermiş insidentlə bağlı nə qədər gec deyil deyə, gəlib rusların ayaqlarına düşüb ruslardan üzr istəmələrini “tələb edir”.
...Mən burada da bir haşiyə çıxmaq zorunda qalıram. Çünki, Ramzanın dediklərinə nöqtə qoymazdan əvvəl səsləndirdiyi fikirə təsirlənməmək olmur. Təklif edirəm ki, Siz də diqqət yetirəsiniz: “...biz prezidentimizin arxasındayıq: prezidentin arxasında, prezidentin yanında, prezidentin qarşısında, prezidentin ətrafında. Onun hər hansı bir sözü bizim üçün əmr deyil, sadəcə, əmrdən daha yüksəkdir” .
...Yenə də deyirəm, bəzi, uzağa niyə gedək, elə Vladimir Solovyovun neçə müddətdən bəri “qaralayıb” və o gün də “sərt şəkildə” tənqid etdiyi Sverdlovsk qubernatoru Yevgeni Kuyvaşev kimilər baxıb gözlərinə “su versinlər”.
...Baxın, əsil "vətənpərvəlik" belə olur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB