İspaniyaya gedən miqrant qayığı batıb

Mərakeşin cənubunda İspaniyaya gedən miqrant qayığı batıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəzadan sonra Kaminando Fronteras Miqrantlar Müdafiə Qrupunun sözçüsü Helena Maleno bildirib ki, qəzada 12 nəfər sağ qalıb və həbs olunub, 7 nəfərin cəsədi tapılıb. Maleno qəzada həyatını itirən 44 nəfərin cəsədinin hələ də dənizdə olduğunu və ərazidə işlərin davam etdiyini bildirib.

Qeyd edək ki, ötən mart ayında Mərakeşin cənubundakı Tarfaya şəhəri sahilində baş verən analoji hadisədə qadın və körpələr də daxil olmaqla 40-dan çox miqrant həyatını itirmişdi.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə