Şagirdlər arasında yoluxma 100 mini keçib

Tayvanda Covid-19-a yoluxma halları artmaqdadır. SİA xarici mətbuata istinadən xəbər verir ki, 28 aprel tarixləri arasında 9733 şagirdin Covid-19 testinin müsbət çıxdığını açıqlayıb.

Ölkədə 1400 məktəb ya tamamilə, ya da müəyyən fənləri əhatə etmək üçün bir müddətlik təhsili dayandırıb. Paytaxt Taybeydəki Amerika Kolleci distant təhsilə keçib. Son məlumatlara görə, Tayvandda yoluxma 100 mini keçib. Səhiyyə naziri Çen Şih-çung, bu gün keçirdiyi mətbuat konfransında, eyni gündə 12 313 yeni Covid-19 hadisəsinin aşkar edildiyini söyləyib və hadisələrin artımının yaxın günlərdə sürətlənəcəyi barədə xəbərdarlıq edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə