Pakistanın Baş naziri Şahbaz Şərif Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gəlib. Bu, onun hökumətin başçısı postunda ilk xarici səfəridir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Mədinə Beynəlxalq Hava Limanında qonağı Mədinə vilayətinin qubernatoru, şahzadə Faysal bin Salman qarşılayıb. Pakistanın Baş naziri Mədinədəki Peyğəmbər məscidində təravih namazı qılıb.
Şahbaz Şərif üçgünlük səfər çərçivəsində Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşlər keçirəcək, ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional məsələləri müzakirə edəcək. Pakistanın Baş naziri özünün tviter səhifəsində yazıb ki, səfərdən məqsəd iki ölkə arasında qardaşlığın möhkəmləndirilməsi, Səudiyyə Ərəbistanın regional liderliyinin İslam aləmində problemlərin həllinə töhfəsi ətrafında fikir mübadiləsinin aparılmasıdır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq Pakistan üçün olduqca əhəmiyyətlidir. Belə ki, 2,5 milyon pakistanlı krallıqda yaşayır və çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB