Rəsmi Tehran və Pekin hərbi əməkdaşlığı inkişaf etdirmək, eləcə də təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Məhəmməd Baqeri Çinin müdafiə naziri Vey Fenqe ilə danışıqlardan sonra bildirib.
“Bugünkü (dünənki-red) görüşdə biz iki ölkənin Silahlı Qüvvələri arasında təlimlər, təcrübə mübadiləsi və şəxsi heyətin hazırlanması sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldik”, – Baqeri deyib.
Onun fikrincə, qarşılıqlı fəaliyyətin vəzifəsi hər iki ölkənin təhlükəsizliyini daha yaxşı təmin etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB