ABŞ Prezidenti Cozef Bayden gələn ay Asiya ölkələrinə səfər edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, səfərlər mayın 20-dən 24-dək davam edəcək. Ağ Ev rəhbəri əvvəlcə Cənubi Koreyaya gedəcək. Bayden daha sonra Yaponyaya yola düşəcək.
“Prezident hökumətlərimiz, iqtisadiyyatlarımız və xalqlarımız arasında əlaqələri daha da dərinləşdirmək üçün mayın 20-dən 24-dək (Cənubi-red) Koreya Respublikasına və Yaponiyaya səfər edəcək”, – Ağ Evin mətbuat katibi Cen Psaki bildirib. Səfər çərçivəsində Bayden adıçəkilən ölkələrin liderləri ilə görüşəcək.
“(Onlar-red) həyati əhəmiyyət kəsb edən təhlükəsizlik əlaqələrimizi dərinləşdirmək, iqtisadi əlaqələri gücləndirmək və praktiki nəticələrə nail olmaq üçün sıx əməkdaşlığımızı genişləndirmək imkanlarını müzakirə edəcəklər”, – deyə o vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB