Əlcəzair İspaniya ilə müqaviləni poza bilər

Əlcəzair İspaniya ilə müqaviləni poza bilər

Əlcəzairin Energetika Nazirliyi yanacağın tərsinə başlayacağı təqdirdə İspaniya ilə qaz tədarükü müqaviləsini ləğv etməyə hazır olduğunu bildirib.

SİA-nın məlumatına görə, bu barədə “RİA Novosti” xəbər yayıb.

Verilən məlumata görə, əlcəzairli nazir Məhəmməd Arkab ispaniyalı həmkarı Tereza Riberadan Madridin aprelin 27-dən və ya 28-dən Mağrib-Avropa qaz kəməri ilə xammalın geri qaytarılmasına başlamaq qərarına gəldiyini öyrənib. Eyni zamanda, Əlcəzairin Energetika Nazirliyi İspaniyanın ixrac etdiyi və qarşı tərəfə göndəriləcək “istənilən miqdarda” qazın verilməsinin öhdəliklərin pozulması kimi qiymətləndiriləcəyini vurğulayıb. O həmçinin xəbərdarlıq edib ki, bu, Əlcəzairin “Sonatraj” şirkəti ilə ispan müştəriləri arasında müqavilənin ləğvinə səbəb ola bilər.

Qeyd edək ki, Tereza Ribera daha əvvəl Ukraynadakı xüsusi əməliyyata görə Rusiyanın yanacaq tədarükü pozulacağı təqdirdə Əlcəzairin Avropa İttifaqını daha çox təbii qazla təmin etməyə hazır olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə