Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynadakı müharibəyə kənardan müdaxilə etmək niyyətində olanlar Rusiya üçün təhlükə yaradarsa, rəqiblərində olmayan silahlarla ildırım sürəti ilə cavab verəcəklər.
SİA xəbər verir ki, Sankt-Peterburqda Rusiya Hüquq Şurasının iclasında çıxış edən Putin deyib: “Fevralın 24-dən Ukraynada başlanılan xüsusi hərbi əməliyyat bütünlüklə yerinə yetiriləcək. Ölkəmizi nəzarətdə saxlamaq siyasəti izləyənlər Rusiyanın mövcudluğunu təhlükə olaraq görür. Bu, yanlış düşüncədir, əslində onların özü bütün dünya üçün təhlükədirlər.
Ukraynada bilməlidirlər ki, kimlərsə baş verən hadisələrə kənardan müdaxilə etmək niyyətindədirsə və Rusiya üçün qəbuledilməz strateji təhlükə yaradarsa, rəsmi Moskvanın cavab hücumları ildırım kimi çaxacaq. Buna bizim bütün imkanlarımız var. Qarşımızda heç kim öyünə bilməz. Lazım gələrsə, imkanlarımızdan istifadə edəcəyik. Bunu hamının bilməsini istəyirəm. Kimsə “Bütün qərarları artıq biz vermişik" deyə lovğalanmasın.
Qərb ölkələri anti-Rusiya müxalifəti vasitəsilə mənfəət əldə etməyə çalışır. Bu ölkələr Ukraynanı anti-Rusiya ölkəsinə çevirdi.
Ukrayna Rusiya ilə birbaşa münaqişəyə itələnib.
Rusiyanın “müstəqil Ukrayna dövləti”nin yaradılmasına müsbət cavab verəcək və daha sonra dost ölkəyə çevriləcək.
Tarixi Rusiya torpağında “anti-Rusiya” birləşməsinin yaradılmasına imkan verə bilmərik.
Rəsmi Kiyevin nüvə silahına malik olması ilə bağlı iddialar, Ukraynada Qərbin bioloji laboratoriyalarının aşkarlanması və silah tədarükü Rusiyanın bu hərəkətlərə cavabının düzgün və vaxtında olduğunu göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB