Kömür mədənində partlayış baş verib

Polşanın Sileziya əyalətinin Pavlovitse kəndindəki kömür mədənində səhər saatlarında metan qazının sıxılması nəticəsində partlayış baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, JSV şirkətinin idarə etdiyi mədəndə baş verən partlayışdan sonra hadisə yerinə çoxlu ilk yardım qrupu göndərilib.
Səlahiyyətlilərin müəyyənləşdirməsinə əsasən bildirilib ki, 3 nəfər həyatını itirib, 20 işçi isə yaralanıb.
Mədəndə itkin düşən 7 işçinin axtarış-xilasetmə işləri davam edir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə