Baş nazir karantin qaydalarını pozdu

Karantin zamanı partiyaya qoşulduğu üçün üzr istəyən İngiltərənin baş naziri Boris Conson üzrxahlığında bilə-bilə qaydaları pozmadığını, parlamenti aldatmadığını və istefaya çağırışlardan imtina etdiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Conson İcmalar Palatasında millət vəkillərinə tort ilə tamamlanan ad gününün şənlik olduğunu düşünmədiyini deyib.

Bu bəyanat Böyük Britaniyanın müxalif siyasətçiləri və hakim mühafizəkarlar arasında bəziləri tərəfindən istehza ilə qarşılanıb. Ölkədə milyonlarla insana dostları və ailəsi ilə görüşmək, hətta yaxınlarının dəfn mərasimində iştirak etmək qadağan ediləndə Consonun partiyada iştirakı hər kəsin etirazına səbəb olub.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə