Qatarın altına düşən qadın möcüzəvi şəkildə sağ qaldı

Argentinanın paytaxtı Buenos-Ayresdə metroda Kandela adlı qadın qatar stansiyaya yaxınlaşarkən huşunu və müvazinətini itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, təhlükəsizlik kamerasında əks olunan görüntülərdə qadının tarazlığı pozulub. Onun önə əyilərək stansiyaya gələn qatara doğru irəlilədiyi görünür. Qadın daha sonra iki avtomobil arasındakı boşluğa girib gözdən itir.

Hadisə şahidləri olanlardan şoka düşərkən, qatar dayandıqdan sonra yıxılan qadın möcüzə nəticəsində sağ qalıb. Relsdən xilas edilən qadın əlil arabasında təcili yardıma aparılıb.

Kandela yaşadığı anların görüntülərini ancaq özü xəstəxanaya gəldikdən sonra görə bilib. O, yaşadığı dəhşətli hadisədən sonra demək olar ki, yenidən doğulduğunu bildirib.

Qəza şahidlərindən biri “Bu qız yenidən doğuldu. Bu bir möcüzədir. Biz qatarı gözləyirdik və o, qəfil relslərə düşdü” deyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə