Məşhur yazıçının oğlu öz qızını öldürdü

Məşhur yazıçılar Paul Auster və Lydia Davisin oğlu Daniel Auster, qızının ölümündə günahlandıraraq cümə günü həbs edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Daniel Auster 10 aylıq qızına ABŞ-ın Nyu-York şəhərindəki evində baxırdı. Daha sonra evə çağırılan tibb işçiləri Ruby Austeri huşsuz vəziyyətdə tapıblar. Xəstəxanaya aparılan kiçik qızın daha sonra öldüyü açıqlanıb.

Yarılma nəticəsində Ruby Austerin həddindən artıq fentanil və heroinin dozasından öldüyü müəyyən edilib.
Polis işçiləri King County Prokurorluğu ilə görüşdükdən sonra hadisənin qətl olduğuna qərar verdiklərini bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə