Meksikanın Sinaloa kartelində çalışan liderlərdən biri, kod adı "Pitt" olan 39 yaşlı Brayan Donasiano Olquin Berduqo axtarılır. SİA xarici mətbuata istinadən xəbər verir ki, 200 ölkədə onun barəsində həbs orderi var idi. "Feysbuk"a yüklənən öpüşmə pozası ABŞ rəsmilərinin radarına düşüb. O, Kolumbiyanın Kali şəhərindən yüklənib. ABŞ bölmələri Kolumbiyaya xəbər verib. Yazıdan iki həftə sonra Berduqo tutulub.
Kartelin əməkdaşlarına foto çəkdirmək və sosial şəbəkələrdə yerləşdirmək qadağandır. Sevgisi naminə bu təhlükəsizlik protokolunu unudan Berduqo həbsxanaya düşüb.
Digər tərəfdən, Berduqonun sərbəst buraxılması üçün polisə rüşvət olaraq 265 min dollar təklif etdiyi iddia edilib.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB