ABŞ Avropanı təhlükəyə sürükləyir..?

Rusiya kimi, Cin də NATO-nun genişlənməsinə qarşıdır
ABŞ Avropanı təhlükəyə sürükləyir..?

ABŞ-ın Ukrayna münaqişəsi ilə bağlı anti-Rusiya siyasəti Avropanı xaosa sövq edəcək. SİA-nın məlumatına görə, bu barədə Çinin “Global Times” nəşrində yer alan məqalədə deyilir.

Beləliklə, məqalə müəllifinə görə, Amerika Ukrayna münaqişəsindən NATO-nun reklamı kimi istifadə edir. Eyni zamanda, alyans üzvlərinin kollektiv təhlükəsizliyi tamamilə Rusiya ilə qarşıdurmaya əsaslanır.

Yazıda deyilir ki, ABŞ-ın belə siyasəti Avropanı kollektiv etibarsızlıq hissinə gətirib çıxaracaq və onu daha da xaosa doğru sövq edəcək.

Qeyd edək ki, material müəllifi Ukrayna böhranını qismən də olsa NATO-nun şərqə doğru genişlənməsi və “Rusiyaya qarşı çıxmaq” ideyasına əsaslanan aqressiv ritorika ilə bağlayır. Nəşr yazır ki, Avropada sülh və asayişin əldə edilməsi yalnız Moskvaya hücumların dayandırılmasından və Ukraynanın neytrallığının tanınmasından sonra mümkündür.

Xatırladaq ki, bir müddət bundan əvvəl Asiyanın Qərb müstəmləkəçiliyinin dirçəltməsindən qorxmağa başladığı bildirilmişdi. Qeyd edək ki, Çin nəşri bunu avstraliyalı diplomat Con Landerin dediklərinə istinadən bildirib. Qeyd edək ki, Rusiya kimi, Cin də NATO-nun genişlənməsinə qarşıdır.

Çin hesab edir ki, bu, qlobal təhlükəsizlik və sabitliyə kömək etmir. Pekin bildirir ki, Soyuq Müharibə bitdikdən otuz il sonra NATO öz coğrafiyasını və əməliyyat dairəsini hələ də genişləndirməkdə davam etdirməklə blok siyasəti, qarşıdurma ilə məşğul olur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə