Manqo inanılmaz qiymətə satıldı

Manqo inanılmaz qiymətə satıldı

Yaponiyanın Miyazaki əyalətində yetişdirilən xüsusi keyfiyyətli manqolardan ikisi hərracda 500 min yenaya (təxminən 58 min 300 lirə) alıcı tapıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, xüsusi istehsal meyvələri üçün ödənilən yüksək qiymətlərlə tez-tez gündəmdə olan Yaponiyanın Miyazaki əyalətində istehsal olunan yüksək keyfiyyətli manqolar mövsümün ilk hərracında alıcılara təqdim edilib. Həvəskarlar ümumi istehsalın yalnız 15 faizini təşkil edən "Taiyo no Tamago" (Günəş yumurtası) brendi altında yetişdirilən xüsusi meyvələri almaq üçün qızğın yarışıblar. Şiddətli mübarizədən sonra rekord qiymətə - 500 min yen (təxminən 58 min 300 lirə) iki manqo alınıb.

Miyazaki prefekturasında yetişdirilən manqoların yalnız 15 faizi xüsusi keyfiyyət meyarlarına cavab verir. Mükəmməl kateqoriyaya aid edilə bilən manqoların tərkibində şəkər 15 faiz və ya daha çox olmalıdır və 350 qram çəki meyarlarına cavab verməlidir. Hər il aprelin sonunda başlayan məhsul iyun ayına qədər davam edir.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə