İndoneziyada mədənçiləri daşıyan yük maşını aşıb

İndoneziyada 29 nəfəri daşıyan yük maşını ölkənin Qərbi Papua əyalətində dağın yamacına çırpılaraq aşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dəhşətli qəza nəticəsində 17 nəfər həlak olub.

Mədənçilərin Pasxal bayramını qeyd etmək üçün Qərbi Papuadan Monakvariyə gedərkən 29 nəfərin qeyri-qanuni qızıl mədənində işlədiyi də öyrənilib.

Səlahiyyətlilər bildiriblər ki, avtomobil yoldan çıxıb və aşıb. Ölənlər arasında bir uşağın da olduğu bildirilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Yayılan görüntülərdə cəsəd çantalarının ətrafa səpələnmiş vəziyyətdə olduğu görülüb. İndoneziyada minlərlə insan qanunsuz olaraq mədənlərdə çalışaraq çörək qazanır. Qızıl mədənlərində əksər mədənçilər qorunmasız işləyirlər.

Günay İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə