Avtomobil gənc qızlara çırpıldı - DƏHŞƏTLİ QƏZA

Türkiyənin Qaziantep şəhərində sürücülük vəsiqəsi olmayan 17 yaşlı sürücünün idarə etdiyi avtomobil skuterləri ilə yol kənarında dayanan gənc qızlara çırpılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dəhşətli qəzada 17 yaşlı Ezgi Alya Yiğit həyatını itirib, Şimal Toprak isə ağır yaralanıb.

Hadisədən sonra həyatını itirən Ezgi Alya Yiğit ailəsinə təhvil verilib. Yaralı qızın xəstəxanada müalicəsi davam etdirilib.

Nəzrin Əyyublu

Bütün xəbərlər Facebook səhifəmizdə