Pandemiyada “sıfır tolerantlıq” siyasətinə riayət etməklə dünyada ən sərt məhdudiyyətləri götürməsi ilə tanınan Çin bu qaydada heç bir dəyişiklik etmir. SİA xarici mətbuata istinadən xəbər verir ki, 26 milyon əhalisi olan Şanxay, yoluxma hallarının artması ilə karantinə alınıb. İnsanların çölə çıxmağı qadağan olunub. Karantini pozanların şəkli çəkilir. Lakin martın 28-dən ev dustaqlığında olan Şanxay sakinləri 10 gündən sonra üsyana qalxıblar.
Yemək əldə etməkdə sinfi ayrı-seçkilik olduğunu deyən insanlar eyvanlara çıxaraq qışqırmağa, səslərini eşitdirməyə çalışıblar. Hökumət bu dəfə dronları binalar arasında uçurub. Eyvandakı insanları lentə alan pilotsuz təyyarələr “İçəri girin, balkonda mahnı oxumayın, pəncərələri açmayın” xəbərdarlığı edib.
Səlahiyyətlilər, karantinin bütün bölgəni sınaqdan keçirərək yüngülləşdiriləcəyini söyləyib. Rayona giriş-çıxış qadağan olunduğu üçün bazarlarda yemək tapa bilməyən əhali üsyan edərək küçələrə düşməyə başlayıb. Hətta bir çinli polisə zəng edərək, “Karantini pozuram, məni həbs edin. Həbsxanada yeməyə bir şeyin var?” – deyə soruşub. Lakin polis həbsin kömək etməyəcəyini, yemək olmadığını bildirib.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB