Malayziyanın Tokonq Sanqqol çimərliyində təlim fəlakətlə başa çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, üç nəfərdən ibarət qrup norveçli təlimatçı Kristin Qrodemdən dərs alırdı. Onlar fırtınayla qarşılaşıblar. Əvvəlcə məşqçi xilas edilib. İngilis Adrian Peter Çesters və fransalı Aleksiya Molina itdikləri yerdən 30 kilometr aralıda balıqçılar tərəfindən tapılıb.
Çestersin oğlu, 14 yaşlı Neytan zəif axınla sürüklənib. Ümidlər puça çıxdığından axtarış-xilasetmə işləri dayandırılıb.
Məlum olub ki, komandanı kapitan narkotikin təsiri altında tərk edib. Sahilə tək qayıdan kapitan isə həbsdədir.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB