Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal edəcəyi vaxtı az qala dəqiq proqnozlaşdıran Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski aprelin 5-də koronavirusdan dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyada prezident Vladimir Putindən sonra ən xarizmatik siyasi fiqur kimi tanınan, əsas peşəsi türkoloq olan 75 yaşlı Jirinovski koronavirusa yoluxsa da, evdə müalicəyə üstünlük verib, lakin vəziyyəti pisləşincə xəstəxanaya yerləşdirilib.
Ötən gün Moskvada Rusiya siyasətinin tanınmış simalarından olan Jirinovskinin dəfn mərasimi keçirilib. Dəfn mərasimində Rusiya prezidenti Vladimir Putin və keçmiş prezident Dmitri Medvedev də iştirak edib.
Rusiya lideri dəfn mərasiminə təhlükəsizlik tədbirləri ilə qatılıb. Putinin yanında qara kostyumlu şəxslərdən birinin əlində "Nüvə çantası”nın olması diqqətdən yayınmayıb.
İddia edilir ki, Putin tabutun yanına gələrək Jirinovski ilə vidalaşanda zal tamamilə boşalıb, hətta qohumlarını da içəri buraxmayıblar.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB