Zəvvarların sayı 1 milyona çatdı

Koronavirus epidemiyası başlayandan Həcc ziyarətində çətinliklər yaranıb. Səudiyyə Ərəbistanı bu il qəbul edəcəyi zəvvarların sayını 1 milyona çatdırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yaşı 65-dən aşağı olan və tam peyvənd olunmuş şəxslər Həcc ziyarətinə gedə biləcəklər.

Səudiyyə Ərəbistanına səyahət edən hər bir sərnişin son 72 saat ərzində alınan mənfi PCR test nəticəsini təqdim etməlidir. Səudiyyə Ərəbistanı Həcc Nazirliyi həmçinin xəbərdarlıq edib ki, zəvvar namizədləri müqəddəs torpağa səfərləri zamanı Covid epidemiyası ilə bağlı tədbirlərə əməl etməlidirlər.

Covid-19 epidemiyası səbəbindən Səudiyyə Ərəbistanı 2020-ci ildə yalnız məhdud sayda yerli zəvvarları qəbul edib. Ötən il ölkə daxilindən 60 min insanı qəbul edən Səudiyyə Ərəbistanı xaricdən heç kimin alınmayacağını açıqlamışdı.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə