ABŞ-da Rusiyanın ən böyük sualtı qayığının vəzifələri açıqlanıb

ABŞ-da Rusiyanın ən böyük sualtı qayığının vəzifələri açıqlanıb

TK-208 “Dmitri Donskoy” ağır nüvə enerjili strateji raket sualtı qayığı 1976-cı ildə SSRİ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin siyahısına daxil edilsə də, amma bu gün də dünyanın ən böyük sualtı qayığı olaraq qalmaqdadır. Qeyd edək ki, 165 heyətli (bunların 51-i zabitdir) sualtı qayıq NATO kodlaşdırmasına görə: SSBN “Tayfun” adlandırılır və əsas vəzifəsinin NATO və ABŞ-a qarşı nüvə müharibəsi olduğu göstərilir. SİA bu barədə “rambler” saytına istinad edir.

Beləliklə, bu günlərdə rus sualtı qayığının məqsədini “19FortyFive”-in köşə yazarı Peter Suçiu bir daha açıqlayıb.

O yazır: “Tayfun” sinifli sualtı qayıqlar. Vaxtilə ABŞ Hərbi Dəniz Qüvvələrinin 192 100 kilotonluq nüvə başlığı daşıya bilən “Ohayo” sualtı qayığına qarşı durmaq üçün nəzərdə tutulmuşdu". TK-208-in sualtı yerdəyişməsi 48 min ton, uzunluğu isə 172 metrdir. “Dmitri Donskoy” dənizdən buraxılan 20 ballistik raket daşıyır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə