Hamımız psixi sağlamlığımızı qorumaq və həyatımız boyu zehni fəaliyyətimizi ən yüksək səviyyədə saxlamaq istəyirik. Sağlam beyin üçün bədənimizə yaxşı qulluq etmək çox vacibdir. SİA xarici mətbuata istinadən xəbər verir ki, daimi idman etmək, nizamlı yuxu rejiminə sahib olmaq, stressdən mümkün qədər uzaq olmaq beyin sağlamlığı üçün çox əhəmiyyətlidir. Qidalanmada etdiyimiz səhvlər sinir sistemimizə də mənfi təsir göstərir.
Bəzi qidalar psixi sağlamlığımızı qoruyur, yaddaşımızı gücləndirir və beləliklə də həyat keyfiyyətimizi yaxşılaşdırır.
Böyürtkən, qara tut, moruq, çiyələk, qaragilə və zoğal digər giləmeyvələrə nisbətən daha çox antioksidant ehtiva edir.
Bu meyvələr hüceyrə zədələnməsinə qarşı qoruyucu olan flavonollar, antosiyaninlər ilə zəngindir. Bunlar yaddaş itkisinin inkişafını yavaşladan yeganə meyvə qrupudur.
1 stəkan təzə qırmızı meyvə 1 porsiya meyvəni əvəz edir.
Omeqa-3 beyin sağlamlığı üçün çox vacibdir. Balıqlar arasında ən çox omeqa-3 ehtiva edən qızılbalıq, sardina, siyənək, skumbriya və tuna kimi soyuq su balıqlarıdır. Bu balıqları həftədə ən az 2 dəfə istehlak etmək yaddaşınızı gücləndirəcək və sonrakı həyatda sizi demans xətəliyindən qoruyacaq.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB