Rusiya qüvvələrinə bu dəfə arılar hücum etdi - Ordu ağır itkilər verib

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya qüvvələri ağır itkilər verməkdə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə onların itkisinin səbəbi Ukrayna ordusu deyil, arılardır. Ukraynanın yerli xəbər saytlarından birinin məlumatına görə, Oleşkovski rayonunda düşərgə salan rus əsgərlərinə arı sürüsü hücum edib. Arıların hücumu o qədər güclü olub ki, 3 rus əsgəri ölüb, 25-i isə müalicə üçün xəstəxanaya yerləşdirilib. Bu, rus əsgərlərinin təbiətlə də döyüşdüyünün ilk sübutu deyil. Ukraynaya hücumdan əvvəl bir cüt vəhşi qazın Rusiya ordusunun təyyarəsini bataqlığa saldığı iddia edilib.

Rus əsgərlərinə hücum edən arı növləri haqqında dəqiq məlumat yoxdur, lakin Avropada təhlükəli arı növlərinə rast gəlinmədiyi məlumdur.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə