34 gündə 17 min 200 rus əsgəri öldürülüb

Rusiyanın Ukraynaya hücumları davam edərkən, hər iki ölkənin Müdafiə Nazirliyindən açıqlamalar gəlməkdə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov “Martın 28-də axşam saatlarında yüksək dəqiqlikli havadan buraxılan qanadlı raketlər Rivne vilayətinin Klevan kəndi yaxınlığında böyük yanacaq bazasını məhv edib" deyib.

Onun sözlərinə görə, buradan yanacaq Kiyevətrafı ərazilərdəki hərbi hissələrə çatdırılırdı. Gecə saatlarında Rusiya aviasiya qüvvələrinin hava hücumundan müdafiəsi Çernobaevka kəndi ərazisində Ukraynaya məxsus 3 pilotsuz uçuş aparatını məhv edib. Gecədə operativ-taktiki aviasiya Ukraynanın 68 hərbi obyektinə zərbələr endirib.

Əməliyyatların başladığı gündən Ukraynanın ümumi itkilərinə toxunan Konaşenkov, “Xüsusi hərbi əməliyyat başlayandan bu günə qədər ümumilikdə 123 təyyarə və 74 helikopter, 311 pilotsuz uçuş aparatı, 1738 tank və digər zirehli döyüş maşını, 181 çoxməqsədli reaktiv yaylım atəşi sistemi, 726 top, 1592 şəxsi hərbi texnika minaatanlarla məhv edilib” şəklində açıqlama verib.

Ukrayna Müdafiə Nazirliyinin rəsmi açıqlaması ilə 34 gündə 17200 rus əsgərinin öldürüldüyü, 597 tank, 1710 zirehli hərbi maşın, 303 artilleriya sistemi, 96 reaktiv yaylım atəşi sistemi, 54 hava hücumundan müdafiə sistemi, 127 rus əsgərinin öldürüldüyü açıqlanıb.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə