Ukraynalı deputat Mariya Mezentseva müsahibəsində rus əsgərlərinin qorxunc üsullarını izah edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mariya Mezentseva Rusiya işğalı zamanı həyata keçirilən zorlamanın dəhşətlərindən danışıb.
İddialara görə, Kiyev yaxınlığındakı kiçik qəsəbədə evə girən rus əsgərləri qadının ərini öldürüb və azyaşlı uşağının gözü qarşısında onu dəfələrlə zorlayıblar.
Deputat Mezentseva bildirib ki, Ukrayna heç vaxt cinsi zorakılığa və uşağın bunu görməli olmasına səssiz qalmayacaq.
Keçən həftə müharibənin ən qanlı bölgəsi olan İrpindən qaçan 30 yaşlı Anastasiya Taran Rusiya əsgərlərinin dinc sakinləri öldürdüyünü və qadınları zorladıqlarını deyib. İrpində ofisiant işləyən Anastasiya işğalçıların xalqa zülm etdiyini bildirib. Anastasiya verdiyi müsahibədə “İrpin cəhənnəmdir. Çöldə rus əsgərləri var ki, evlərə soxulur, insanları güllələyir və ən yaxşı halda onları evlərindən qovurlar. Qadınlara təcavüz edib öldürürlər” deyə bildirib.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB