Yəməndəki qaçqınların təcili yardıma ehtiyacları var

Birləşmiş Millətlər Təşkilatına bağlı Beynəlxalq Miqrasiya Təşkilatının “twitter” hesabından yayılan məlumata görə...
Yəməndəki qaçqınların təcili yardıma ehtiyacları var

Yəməndə 190 mindən çox qeyri-qanuni miqrantın yardıma ehtiyacı olduğu bildirilib.

Birləşmiş Millətlər Təşkilatına bağlı Beynəlxalq Miqrasiya Təşkilatının “twitter” hesabından yayılan məlumata görə, Yəməndə 7 illik qarşıdurmadan sonra həyat çətinləşib və 4 milyondan çox adam öz ev-eşiyini tərk edib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Yəməndəki 190 mindən çox immiqrantın təcili yardıma ehtiyacı var. Bu insanlara köməyə davam etmək üçün təşkilata dəstək istənilib.

Xatırladaq ki, BMT 2021-ci ilin dekabr ayında verdiyi açıqlamada Yəməndə 130 mindən çox mühacirin humanitar yardıma ehtiyacı olduğunu bildirmişdi. Ölkənin daxili miqrasiya ilə yanaşı xaricdən də qaçqın aldığını bildirən başqa bir məlumatda BMT 2021-ci ildə Körfəz ölkələrinə keçmək üçün başda Efiopiya və Somali olmaqla 24 min qeyri-qanuni miqrantın Yəmənə gəldiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə