Məşhur müğənni pərəstişkarının təcavüzünə məruz qalır

Məşhur müğənni pərəstişkarının təcavüzünə məruz qalır

Müğənni Hadisə uzun müddətdir ki, obsesif pərəstişkarı ilə problem yaşayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur müğənni Hadisə "Mənə cinsi məzmunlu elektron məktublar göndərir. Məni izləyir, getdiyim yerləri, geyindiyim paltarları bilir" dediyi şəxsdən şikayətlənib. Müğənni Hadisə evinə məktub göndərən şəxsin onu qorxutduğunu bildirib. 49 yaşlı Ümit S.-yə qarşı 6 il 6 aya qədər həbs tələbi ilə iddia qaldırılıb. Təcavüzkar pərəstişkara 3 min 300 TL pul cəzası verilib. Lakin bu cərimə effektli olmayıb.

Hadisə ötən illərdə poçt ilə təqib mesajları göndərən Ümit S. haqqında prokurorluqda cinayət işi qaldırıb. Ümit S. asayişi pozduğuna görə 6 il 6 ay həbs cəzasına məhkum edilmiş, daha sonra cəzası inzibati cərimə ilə əvəzlənmişdir. Hadisə eyni pərəstişkarının onu təhqir etməyə davam etdiyini bildirərək, "Sevgili çiçəyim, bu məktub məni ya həbsə atacaq, ya da səninlə evləndirəcək" kimi sözlər yazıb. Ümit S.-yə qarşı “hədələmə, cinsi təcavüz və asayişi pozma” ittihamı ilə iddia açılıb.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə