İtaliya hakimiyyəti Usmanovun aktivlərini dondurub

İtaliya hakimiyyəti Usmanovun aktivlərini dondurub

İtaliyanın Maliyyə Qvardiyası Avropa İttifaqının sanksiyalarına məruz qalan rusiyalı iş adamı Əlişir Usmanovun aktivlərinə aid olan altı şirkəti dondurub.

Qeyd edək ki, onların ümumi dəyəri 66 milyon avrodur. SİA bu barədə “RİA Novosti” agentliyinə istinadən xəbər verir.

Agentlik həmsöhbətinin sözlərinə görə, bu şirkətlər mülkiyyətçi ilə mülk arasında əlaqədir. "Həbs edilən bu aktivlər 17 milyon dəyərində daşınmaz əmlakın həbs edildiyi əvvəlki əməliyyatın nəticələrini tamamlayır"- deyə mənbə bildirib.

Onu da qeyd edək ki, ötən gün səhər saatlarında İtaliya hakimiyyəti iş adamı Petr Avenin Sardiniyadakı daşınmaz əmlak payına da həbs qoyub.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl İtaliyanın

maliyyə mühafizəsi beynəlxalq gübrə istehsalçısı “Evrokhim” və kömür-enerji şirkəti “SUEK”-in keçmiş əsas benefisiarı olan Andrey Melniçenkonun aktivlərinə məxsus yaxtanı ələ keçirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə