NATO-nun dərc etdiyi bəyanatda 27 ölkənin iştirakı ilə təşkil edilən "Soyuq Müdaxilə 2022" adlı hərbi təlimin başladığı bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bəyanatda NATO təlimin əvvəlcədən planlaşdırıldığını və müdafiə məqsədi daşıdığını ifadə edərək, "Avropa və Şimali Amerikadan on minlərlə əsgər bu təlim çərçivəsində sərt iqlim şəraitində birlikdə hazırlıq keçir. Uzun müddətdir planlaşdırılan təlimdə NATO-nun yaxın tərəfdaşları Finlandiya və İsveç də daxil olmaqla 27 ölkədən 30 minə yaxın əsgər, 220 təyyarə və 50-dən çox gəmi iştirak edir” deyə bildirib.
NATO-dan verilən məlumatda bildirilir ki, "Soyuq Müdaxilə 2022" Norveçin hücuma məruz qaldığı və NATO-nun kollektiv müdafiə bəndinin 5-ci maddəsinin tətbiq olunduğu uydurma ssenari əsasında keçirilən təlim Alyansın şərq hissəsinin gücləndirilməsi məqsədi ilə təşkil olunub.
NATO təlimin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən müşahidə edildiyini və Rusiyanın da təlimə dəvət edildiyini, lakin Rusiyanın dəvəti rədd etdiyini qeyd edib: "NATO-nun müttəfiqlərinin iştirak etdiyi təlimlər şəffafdır və beynəlxalq öhdəliklərə hörmət edilir. ATƏT-in bütün üzvlərindən müşahidəçilər Soyuq Müdaxilə 2022-yə dəvət edilib, lakin Rusiya bu dəvəti rədd edib".
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB