Vaşinqton Kiyevə “Patriot” verməyəcək?

Vaşinqton Kiyevə “Patriot” verməyəcək?

"...Yaxın 24 saat ərzində Ukrayna Vaşinqtondan hərbi texnikanın yeni hissəsini alacaq”. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbinin sözlərinə görə, avadanlıqlar arasında Amerikanın “Patriot” zenit-raket kompleksləri (SAM) olmayacaq.

SİA “ren.tv” saytına istinadən Con Kirbinin çıxışının cümə axşamı Pentaqonun Twitter hesabında yayımlandığını bildirir.

Qeyd edək ki, nazirlik sözçüsü Amerikanın Ukraynaya hava hücumundan müdafiə sistemləri verməkdən imtinasının səbəbini də açıqlayıb.

"Bu, ABŞ hərbi qüvvələrinin yerdə olmasını tələb edəcək. Çünki biz əvvəllər amerikalıların Ukraynada döyüşməyəcəyini açıqlamışdıq", - Kirbi deyib.

Bundan əvvəl Amerika silahlı qüvvələrinin Avropa komandanlığının nümayəndəsi Adam Miller Varşavanın dəvəti ilə üç Patriot hava hücumundan müdafiə sisteminin Polşaya yerləşdiriləcəyini bildirmişdi. Qeyd edək ki, o, bunun “ağlabatan qoruyucu tədbir” olduğunu bəyan etmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə