2014-cü ildə Rusiya-Ukrayna müharibəsi başlayanda o vaxtkı Donbassda cəbhədə xidmət edən kiyevli Olena könüllü birləşmələrdə snayper kimi üç il yarım döyüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2014-cü ilin fevralında Rusiyanın Krımı ilhaqından sonra başlayan müharibədə xidmətə başlayan kiyevli Olena könüllü iştirak etdiyi birliklərdə snayper kimi xidmət edib. O, 2018-ci ildə Ukrayna Hərbi Dəniz Qüvvələrində xidmət edib. 2020-ci ildə tərxis olunduqdan sonra mülki həyata qayıtmaq və ailəsi ilə vaxt keçirmək qərarına gəlib. Lakin fevralın 24-də başlayan müharibə Olenanın bu planlarını təxirə salmasına səbəb olub. Olena bildirib ki, onun və ukraynalı həmvətənlərinin bütün planları Rusiya prezidenti Vladimir Putin tərəfindən iflasa uğradılıb.
Xarici mətbuata danışan Olena, tərtibdən tərxis olunduqdan sonra da mülki həyatı davam etdirəcəyini, həyatını ailəsinə həsr edəcəyini, ikinci sənədli kitabını yazıb nəşr etdirəcəyini düşündüyünü bildirib: "Bütün planlarım və milyonlarla həmvətənlərimin planları Putin tərəfindən əngəlləndi. Müharibə onların evlərinə gələndə çoxlu dinc mülki kişi və qadınlar orduya və müdafiə hissələrinə qoşuldular. İnsanlar çox qəzəblidirlər və düşməni yalın əlləri ilə məhv etməyə hazırdırlar. Onlar heç nədən qorxmurlar. Rus təbliğatına aldanan rus əsgərləri Ukraynada gül-çiçəklə qarşılanacaqlarını düşünürdülər. Amma onları mərmi, zenit və tank əleyhinə silahlarla qarşıladılar. Düşmən böyük itki verir", - deyə bildirib.
Rus əsgərlərinin Ukraynaya girməsindən sonra yenidən ölkəsini müdafiə etmək üçün formasını geyinən Olena, gecələr snayper tüfəngi ilə keşik çəkdiyini bildirib. Kiyevli Olena hələ gələcəyi ilə bağlı dəqiq qərar vermədiyini bildirib: "Ukraynanın qələbəsindən sonra nə edəcəyimə qərar verəcəyəm".
Ailəsini, həyat yoldaşını və uşaqlarını qoyub cəbhədə Rusiyaya qarşı bir çox qadının yerini tutduğunu dilə gətirən Olena, səhhətinə görə əsgərliyə gedə bilməyən ərinə uşaqlarını qoyub döyüşməyə gələn bir qadınla tanış oldugunu söyləyib: "Mən əsgərlik etmək üçün bir araya gələn evli cütlüklərlə tanış oldum, kişi və ya qadın bütün vəzifələri birlikdə yerinə yetirirlər",- deyə o bildirib
Olena bütün qadın və kişilərə müraciət edərək, "Mən hamıya müraciət etmək istəyirəm. Həm kişilər, həm də qadınlar. Xahiş edirəm dərk edin ki, biz indi təkcə özümüzü deyil, bütün dünyanı nüvə düyməyə sahib olan çılğın manyakdan qoruyuruq. Biz qalib gələcəyik, amma lütfən bizimlə çiyin-çiyinə olun. Ukraynaya daha çox silah verin, daha çox anti-Rusiya sanksiyaları tətbiq edin, qaçqınlarımıza kömək edin. Bizə inanın, bizimlə olun. Biz birlikdə qalib gələcəyik", - deyə o bildirib.
Günay İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB