Beynəlxalq tədqiqat qrupunun araşdırması üzə çıxarıb ki, tarixin ən qədim mumiyaları 8000 il əvvəl Portuqaliyanın Sado vadisində basdırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlər bu kəşfi 1960-cı illərdə çəkilmiş və sonradan itirilmiş qazıntıların fotoşəkillərinin yenidən ortaya çıxması ilə ediblər.
Əvvəllər hesab edilirdi ki, dünyanın ən qədim mumiyaları Çilinin şimalında tapılan və 7000 il əvvələ aid edilən Çinçorro mumiyalarıdır. İsveçin Uppsala və Linney və Portuqaliyanın Lissabon Universitetinin arxeoloqları 1960-cı illərin əvvəllərində Portuqaliyanın Sado vadisində aşkar edilmiş 13 nəfərin skelet qalıqlarının fotoşəkillərini araşdırıblar.
Leyla Həsənəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB