Tibb bacısı olan "TikTok" istifadəçisi Putində Parkinson xəstəliyinin əlamətləri olduğunu iddia edib. Parkinson xəstəliyi yavaş irəliləyən neyrodegenerativ xəstəlikdir. SİA xarici mətbuata istinadən xəbər verir ki, adətən bədənin bir tərəfinə təsir edən pozğunluqda mimikaların azalması, yavaş hərəkətlər, əllərdə və ya barmaqlarda titrəmə kimi simptomlar görülür.

İki gün əvvəl paylaşılan videoda Putinin görüntüləri yer alıb. Qonağını gözləyən Rusiya lideri, görünür, əl sıxmazdan əvvəl büdrəyib. "TikTok" ulduzu "Buna görə qorxmalıyıq. Mən tibb bacısıyam, diaqnoz qoya bilmərəm. Amma Parkinson və insult görəndə anlayaram".

Tibb bacısı Putinin sağ ayağına işarə edərək Rusiya liderinin insult keçirdiyini də iddia edir. Tibb bacısı bunun damar demansının əlaməti olduğunu deyir. Beyni qanla təmin edən damarların zədələnməsi nəticəsində yaranan damar demansının ən çox görülən simptomları problem həll etmək və diqqəti cəmləməkdə çətinlik çəkməkdir. Bu xəstəlik düşüncə və yaddaşa təsir göstərir.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə