Rusiyanın Ukraynaya hücumundan 14 gün keçir. Rusiya ordusu başda Ukraynanın paytaxtı Kiyev olmaqla bir çox nöqtələrə zərbələr endirməkdə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski əlində silah olan hər kəsi orduya qoşulmağa və şəhərlərini müdafiə etməyə çağırıb. Bu baxımdan bir çox şəhərlərdə insanlara silah paylanıb.
Ölkənin bir çox yerində olduğu kimi, Lvovda da xalq silahlanıb. Şəhərdəki kinoteatrda hər yaşda kişiyə, qadına paylanan Kalaşnikov avtomatlarından istifadə ilə bağlı təlimlər keçirilir. Mülki şəxslər silahların sökülməsi və yığılmasından tutmuş nişan almaya qədər bir çox mövzularda təlim alırlar. Ölkəsini müdafiə etmək üçün kinoteatrda təlim keçən Ukrayna vətəndaşı Helen “Mən özümü və yaxınlarımı qorumağı öyrənmək üçün məşq edirəm” deyib.
Kalaşnikovu sökməyi və taxmağı öyrəndiyini bildirən Helen, “Əslində hamımız bu müharibənin içindəyik. Bir-birimizə kömək etməyə çalışırıq. Biz düşməni öldürməyi deyil, vətəndaşlarımızı müdafiə etməyi öyrənirik" deyə açıqlama verib.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB